Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-10 09:12:00
İngilis alim: Korona o qədər gücsüzləşəcək ki..

COVİD-19 yaxın zamanda sadəcə soyuqdəymə kimi təsir edəcək virus halına gələcək.

 

AzEdu.az xəbər verir ki, bu barədə ingilis alim Paul Hanter koronavirusun gələcəyi ilə bağlı dəyərləndirməsində deyib.

 

Onun sözlərinə görə, koronavirus heç vaxt yox olmayacaq və 5 ildən bir yenidən kütləvi yayılacaq:

 

“Peyvəndlər virusu gücsüzləşdirsə də, zamanla insanları daha az qoruyacaq. Kütləvi immunitet heç vaxt formalaşmayacaq. COVİD-19 fərqli xəstəliyə çevriləcək. Virusun yeni variantları problemlər yarada bilər. Lakin delta variantının virusun bitmə nöqtəsi olacağına inanmaq üçün müəyyən səbəblər var”.