Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-09 10:48:00
 1962 bakalavr ərizəsini təsdiqlədib

 

Dövlət İmtahan Mərkəzinin (DİM) 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün elan etdiyi ixtisaslaşma seçimi davam edir.

 

AzEdu.az bildirilir ki, boş qalan yerlərə qəbul fevralın 28-də və mayın 26-da keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır. Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə, həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar. Həmin bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün avqustun 11-i saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər. Bu gün saat 10:30-a olan məlumata görə, magistraturaların boş qalan yerlərinə qəbul olmaq üçün 1962 bakalavr ixtisaslaşma seçimi ərizəsini təsdiqlədib.

 

Xatırladaq ki, bakalavrlar öz istəklərinə görə ixtisaslaşma seçimində və müsabiqədə imtahanın hər hansı bir cəhdində göstərdikləri nəticə (topladıqları bal) əsasında iştirak edə bilərlər. Hər iki imtahan nəticəsi müsabiqə şərtini ödəyən bakalavrlar müsabiqədə iştirak etmək istədikləri imtahan nəticəsini seçirlər. Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub.