Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-05 21:40:00
Təhsil İnstitutu peşə təhsili ilə bağlı vacib vəsait çap etdi 
Azərbaycanda müxtəlif peşə sahələri üzrə zəruri bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanması istiqamətində görülən işlər sırasında maarifləndirici tədbirlər xüsusi yer tutur.
 
 
AzEdu.az xəbər verir ki, bu məqsədlə ARTİ “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” adlı metodik vəsait hazırlayıb. Vəsait şagirdlərin peşə seçimi məsələsinə həsr olunub.
 
 
Şagirdlərlə peşəyönümü işinin aparılmasına dəstək məqsədi daşıyan vəsait məktəb rəhbərləri, metodistlər, peşəyönümü rəhbəri və müəllimlər üçün nəzərdə tutulub. Həmçinin vəsaitdən təhsil mütəxəssisləri və tədqiqatçıları, tələbələr, valideynlər də istifadə edə bilər.
Sözügedən vəsait ümumi təhsil müəssisələrində peşəyönümünün mahiyyəti, məzmunu və vəzifələri, peşəyönümü fəaliyyətinin təşkili, peşə maraqlarının və motivlərinin diaqnostikası kimi mövzuları əhatə edir.
 
Kitabın PDF-ni buradan əldə edə bilərsiniz:
 
https://www.arti.edu.az/nodupload/editor/files/%C3%9Cmumi%20t%C9%99hsil%20m%C3%BC%C9%99ssis%C9%99l%C9%99rind%C9%99%20pe%C5%9F%C9%99y%C3%B6n%C3%BCm%C3%BC%20xidm%C9%99tinin%20t%C9%99%C5%9Fkili%2005_08_2021.pdf
Firayə Allahverdiyeva
Müəllifin digər yazıları