Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-06 16:40:00
Övladının vunderkid olmasını istəyən valideynlərin diqqətinə-Bundan çox şey asılıdır

Xarici dil gününmüzün ən vacib ehtiyaclarından biridir. Həm iş həyatında, həm də sosial yaşamda əlaqələri təyin edən, statusu müəyyənləşdirən bir hərəkət olaraq dil öyrənmək son zamanlarda daha da ön plana çıxdı.

 Xüsusilə də uşaq yaşlarından etibarən başlanan dil öyrənmə səyləri, 40 yaşına gəlmiş layihə icraçılarına qədər davam etməkdədir.

Müəyyən bir yaşa çatmış, ən azından öz başının çarəsinə baxa biləcək şəxslər  belə xarici ölkəyə dil öyrənmək üçün gedəndə hər şeyi incəliklərinə qədər araşdırarkən, balaca uşaqlarını dil öyrənmək üçün xarici ölkəyə göndərən valideynlər bu məsələdə daha ciddidir. 5-6 yaşında uşaqlara xitab edən kursların onların inkişaflarına töhfəsi böyükdür.

 

AzEdu.az bunlardan bəzilərini sizlərə təqdim edir.

 

-Valideyn olaraq uşaqlarınızı yaxın marketə göndərəndə belə tərəddüd edərkən, xarici ölkəyə göndərərkən daha çox narahat ola bilərsiniz. Halbuki, uşağınız getdiyində yalnız olmayacaqdır. Xüsusi ailə yanında qalan uşaqlarınız səhər, günorta, axşam olaraq 3 dəfə yeməklərini yeməklə, güvənli ailə mühitində qalırlar.

-Şagirdlərin qaldıqları evlər ilə məktəblər arasında çox vaxt gəzmək məsafəsi olarkən, yaşına görə  bu yolda onlara yoldaşlıq edilir, məktəbə qədər aparılır.

-Bütün kurs davam edərkən şagirdlərin uğurları, inkişafları müəllimləri tərəfindən izlənilir.

-Hələ kiçik yaşlarında xarici ölkə həyatı yaşayan uşağın, təhsil həyatında daha əmin addımlar addığı görülməkdədir.

-Ailələrdən tez tez 1-2 ayda dil öyrənilməyəcəyini eşidirik. Bu isə yanlış düşüncədir. Çünkü dil öyrənmək erkən yaşlarda daha asan gerçəkləşir. Xüsusilə də yay aylarında düşərgələrə qatılan şagirdlər yeni bir mədəniyyət tanımaqdan əlavə öz yaşıdları ilə yeni bir sosial mühitdə və kurs fəaliyyətləri ilə daha məhsuldar yay keçirirlər.

-Və erkən yaşda xarici ölkədə yaşayan, təhsil alan uşaq daha çox özünə güvənir. Olduğu yeni bir ortam, öyrəndiyi yeni bir dil və tanıdığı yaşıdları ilə fərqli mədəniyyətləri görmə, kəşf etmə kimi fürsətləri olur.

Fidan Ali