Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-05 17:13:00
Kanadada təhsil düşünənlər üçün ən ideal məktəb və onun üstünlükləri-ILAC

Kanadada xarici dil təhsili almaq üçün daha çox seçim imkanınız var. Hər biri bir-birindən fərqli üstünlüklərə sahibdir, buna görə də sizin üçün hansının daha yaxşı olduğuna qərar verərkən çətinlik çəkə bilərsiniz.

Bu ərəfədə məsləhətçi dəstəyi ilə sizə ən faydalı olacaq dil məktəbini seçə bilərsiniz. Seçim olaraq Kanadada yer alan ILAC dil məktəbini seçməyiniz üçün bir sıra səbəblər vardır.

AzEdu.az ILAC məktəbini seçməyiniz üçün əsas səbəbləri təqdim edir.

 

Niyə ILAC dil məktəbini seçməlisiniz?

-ILAC 100% Kanada məktəbidir. Dünyanın başqa yerlərində şöbələri yoxdur.

-Kanadada olan Avropalı tələbə sayının ən çox olduğu məktəb ILAC-dır.

-Toronto və Vancouver olmaqla iki fərqli məkanda yerləşir.

-Torontoda 4, Vancouverdə 4  binası olmaqla ILAC-ın bütün binaları mərkəzi yerlərdədir.

-Torontoda 2000 tələbə təhsil alır. Mərkəzi bir məkanda yerləşən Toronto ILAC, teatr, alış-veriş mərkəzlərinə yerimək məsafəsindədir.

-Vancouverdə 1800 tələbə təhsil alır. Okean sahilində yerləşir. Olduqca sakit bir mühitə sahibdir.

-İki həftədən bir səviyyə ölçmə, müəyyənləşdirmə imtahanları keçirilir. Kurslarda daha uğurlu olan tələbələr 1-2 səviyyəni oxumadan belə atlaya bilərlər.

-ILAC sinifləri ən azı 16 nəfərdən ibarətdir.

-Hər səviyyə başlandıqda yeni kitablar alınmalıdır. Hər səviyyə üçün isə kitab ödənişi 60 CAD-dır.

-ILAC-da TOEFL və IELTS  mərkəzləri yerləşir. Bununla da tələbələr istədikləri zaman bu imtahanlara girə bilirlər.

Burada sosiallaşmaq olduqca mühümdür. Hətta sosiallaşmaq və fəaliyyətlər üçün ayrıca 30 nəfərlik qrup da mövcuddur. Həftədə 3 yığıncaq təşkil edilir, xoş gəldin yığıncaqları, həftə sonu fəaliyyətləri ilə kursdan əlavə sosiallaşa bilirlər.

 

ILAC Pathway Proqramı

ILAC-ın 85 universitet və kollec ilə əlaqəsi vardır. Pathway Proqramı ilə ILAC-da dil təhsili alan tələbələr istədikləri səviyyəyə çatdıqda İELTS və TOEFL imtahanlarına girmədən universitetə keçid edə bilərlər. Bunun üçün dil məktəbində  Pre- Advenced (C1) səviyyəsinə gəlməkləri yetərlidir.

ILAC Teen Age Proqramları

ILAC-da Teen Age qrupları da var. Burada 14-17 yaş arası uşaqlara yalnız yayda günün ikinci yarısında kurslar təşkil olunur. Günün birinci yarısında yetişkinlər kursda olduqları üçün onların binaları ayrıdır. Hətta yetkinlər və uşaqların kafeləri, yeməkxanaları da ayrıdır.

Fidan Ali