Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-05 17:02:00
Müəllimlər üçün yeni layihə üzrə işə düzəlmək imkanı verilir  

2021-2022-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsində namizədlərə “Rəqəmsal bacarıqlar” layihəsi üzrə vakansiya seçimi etmək imkanı verilir.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, əvvəlki illərdən fərqli olaraq həyata keçirilən layihə üzrə vakansiya seçimlərində müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə 30 və daha yüksək bal toplayan namizədlər də iştirak edə bilərlər. Layihə üzrə təqdim olunan vakansiyalara yerləşən namizədlər müsabiqənin müsahibə mərhələsində uğur qazandığı təqdirdə müddətsiz müqavilə əsasında işə qəbul olunacaq.

 

Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi 2017-ci ildən həyata keçirilir və təhsilalanlara yeni texnologiyanı, rəqəmsal bacarıqları, proqramlaşdırmanı təcrübədə öyrənməyə imkan verir