Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-04 11:48:00
“Məktəblinin dostu” layihəsi maarifləndirici təlimlərə start verib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Təlimə Dəstək Mərkəzinin dəstəyi ilə “Məktəblinin dostu” layihəsi çərçivəsində maarifləndirici təlimlərə start verilib.

 

Bu barədə AzEdu.az-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, “Uşaq və yeniyetmə psixologiyası”, “Uşaq və yeniyetmələrin yaş böhranları”, “Böhran dövründə qarşılaşdıqları problemlər”, “Uşaqlarda güvən hissini necə formalaşdırmalı?”, “Onlarla doğru ünsiyyət qurmanın yolları” mövzularını əhatə edən təlimlərdə 70-ə yaxın məktəblinin dostu iştirak edib.

 

Təlimə Dəstək Mərkəzinin Məktəb mühiti və psixoloji xidmətin təşkili bölməsinin müdiri Səidə Əhmədova tərəfindən təlim iştirakçılarına mövzu ilə bağlı geniş məlumat verilib. Eyni zamanda, mövzuya uyğun praktik məşğələlər həyata keçirilib.

 

Təlimlərin bir gündə dörd saat olmaqla beş gün müddətində keçirilməsi nəzərdə tutulub