Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-04 11:12:00
Paytaxt üzrə 44 layihə qalib olub

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində paytaxt üzrə 44 layihə qalib olub. Onlardan 15-i ümumi təhsil müəssisələri kateqoriyası, 29-u isə fərdi kateqoriya üzrə fərqlənib.

 

Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrindən 7, 10, 12, 21, 82, 176, 189-190, 202, 214, 250, 251, 295, 329 nömrəli tam orta məktəblər, 83 nömrəli məktəb-lisey və 287 nömrəli “Zəkalar” liseyinə məxsus layihələr ümumi təhsil müəssisələri kateqoriyası üzrə qaliblər sırasındadır.

 

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər tərəfindən 29 layihə isə fərdi kateqoriya üzrə qalib gəlib.

 

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinə təqdim edilən layihələr istedad və yaradıcılıq meyllərinə görə təhsilalanların kurrikulumdan kənar bilik və bacarıqlarının formalaşdırılması, təhsilalanların məsafədən təhsilə əlçatanlığının təmin olunması, pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi, məktəbdə öyrədici mühitin formalaşdırılması, fiziki və psixososial sağlamlığın qorunması, təhlükəsizlik, milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği, məktəb idarəetməsinin təkmilləşdirilməsi mövzularını əhatə edib.

 

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrinin keçirilməsinin əsas məqsədi təhsil müəssisələri, eləcə də təhsilverənlər arasında sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.