Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-02 16:48:00
Özgüvən sahibi olmaq üçün bilməli olduğunuz 5 maddə  

Bir çox insan təriflənməyin özgüvənlərini artırdığını deyir, lakin insanın övgüvəni kənardan gələn tərif və ya tənqidlərlə əlaqəli deyil. Özümüzə olan güvəni artırmaq üçün qeyri-adi bacarıqlara da ehtiyacımız yoxdur. Özgüvənli olmaq anadan gəlmədi bir şey də deyil.

Hər kəs özündəki güvəni kəşf edə bilər. Bəs özgüvənimizi qazanmaq üçün nə etməliyik?

1. Bacarıqlarınızı kəşf edin
Bacarıqlı olduğunuz mövzuları bilirsiniz? Bəlkə də sizə adi görünən, amma başqaları üçün xüsusi olan bir bacarığa sahibsiniz. Əgər belə bir bacarığınız olmadığını da düşünürsünüzsə, o zaman yeni bacarıqlar kəşf etməyə hazır olun. Özünüzə yeni hobbilər tapın. Bu şəkildə bacarıqlarınızı kəşf edə bilərsiniz.

2. Özünüzü təqdir edin
Ən çox unutduğumuz şeylərdən biri özümüzü təqdir etməkdir. Yaxşı xüsusiyyətləriniz haqqında düşünürsünüz heç? Özünüzü təqdir etmək üçün böyük nəaliyyətlərə gərək yoxdur.

Bir imtahandan yaxşı qiymət almaq, bir işi tamamlamaq və ya dadlı yemək bişirmək də kifayətdir. Özünüzü tərifləyin, qəşəng cümlələr qurun, hətta özünüzə kiçik hədiyyələr alın. Edə bilmədiyiniz şeylər üçün pis olmaq əvəzinə, etdiyiniz şeylər üçün sevinmək vaxtıdır!

3. Tək qalmağı öyrənin
Bəzi insanlar tək başına səyahət etməyi sevmir. Tək olarkən harasa getmir, yemək yemir, sinemaya getmir. Bəzi insanlar isə tək olmaqdan zövq alır. Macəralarımıza kiminsə qatılmasını gözləmək məcburiyyətində deyilik. İstədiyiniz bir şeyi etmək üçün həyatınızda kiminsə mövcudluğuna gərək yoxdur. Etmək istədiyiniz nə varsa, tək başına etmək üçün planlamağın tam vaxtıdır!

4. Müqayisə tələsinə düşməyin
Başqasının bacardığı bir şeyi heç başlamadan buraxdığınız olub? Kiminsə uğurlu olması, sizin bu həyatda uğursuz olduğunuz mənasına gəlmir.
Müqayisə etmək; özgüvəni azaltmaqla birlikdə, xoşbəxtliyimizi də əlimizdən alan bir davranışdır.

5. Mükəmməl olmaq məcburiyyətində deyilsiniz
Özünüzü tez-tez mükəmməl olmadığınız mövzularda günahlandırırsınız? Hər mövzuda yaxşı olmaq istəyirsiniz? Ən yüksək qiyməti almaq, ən dadlı yeməyi bişirmək, ən yaxşı bədənə sahib olmaq məcburiyyətində deyilsiniz. Hər mövzuda savaşmağa çalışsanız, hər savaşdığınız mövzuda məğlub olarsınız. Hər şeydə mükəmməl olmaq mümkün deyil. 

Özgüvəninizi zədələyəcək şeylərdən qaçının. özünüzü olduğunuz kimi qəbul edin və sevin.