Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-02 15:16:00
 Fərqlənmə attestatı və iş təcrübəsi universitetə qəbul zamanı  hansı güzəştə səbəb olur?-Cavab  

 

Fərqlənmə attestatı, iş təcrübəsi və bu kimi digər amillərin universitetlərə qəbul zamanı nə kimi əhəmiyyət daşıdığı abituriyentlərin diqqət mərkəzindədir.

Mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, hər bir abituriyent ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olmaq üçün DİM tərəfindən keçirilən qəbul imtahanlarında ümumi qaydada iştirak edərək arzu etdiyi ixtisasın müsabiqəsində müvəffəqiyyət qazanmalıdır.

Müsabiqə abituriyentin topladığı bal əsasında aparılır və bu zaman heç bir digər amil nəzərə alınmır.