Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-02 14:00:00
Distant təhsil hələ də alternativsiz görünür–Ədalət Muradov   

“COVİD-19-la bağlı pandemiya bütün sahələrdə olduğu kimi, təhsil üçün də  güclü narahatlıq və ciddi ümidlər yaradır.  Reallıq ondan ibarətdir ki, dünənki təhsil hazırkı şəraitdə səmərəsiz, hətta mümkünsüz olduğundan demək olar ki, artıq yoxdur. Sabahkı təhsil isə hələ mövcud deyil ”.

 

AzEdu.az xəbər verir ki, bu barədə UNEC-in rektoru Ədalət Muradov şəxsi facebook səhifəsində yazıb.

 

DÜNƏNİN, BU GÜNÜN VƏ SABAHIN TƏHSİLİ

 

“Bu günün təhsili sabahın təhsilinə çevriləcəyi və dünəninki ilə əvəz ediləcəyi hələ də hamını düşündürür. Dünənin “ənənəvi” təhsili, yoxsa “sabah”ın distant təhsili? Fikrimizcə, hər şey gələcəyə baxışlardan və hansı təhsil formasının öz üstünlüyünü sübut edə bilməsindən asılı olacaq. Hələ də davam edən pandemiya distant təhsilin bu günü və gələcəyinə daha optimist baxışı şərtləndirir. Təhsilin davamlılığının təmin edilməsi və hətta ənənəvi təhsilin təşkil edilməsinin mümkünsüzlüyü baxımından da distant təhsil hələ də alternativsiz görünür”.

 

Rektor qeyd edib ki, təhsilin rəqəmsallaşan dünyaya uyğunlaşması zərurəti yeni təhsil modellərini tələb edir.

 

“Əsas məsələ təhsil qarşısında duran vəzifələrin daha səmərəli yerinə yetirilməsi məqsədilə distant təhsilin mümkün potensialının reallaşdırılması üçün zəruri şəraitin yaradılmasıdır. Həm də, təhsilin rəqəmsallaşan dünyaya uyğunlaşması zərurəti də yeni  modelləri tələb edir. Bu isə ənənəvi təhsilin ləğv edilməsi deyil, distant təhsilin bərabərhüquqlu təhsil forması kimi tətbiq edilməsi deməkdir”.

 

Son olaraq rektor tələbələrə uğurlar arzulayıb.


Gülcahan Məmmədova