Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-02 12:41:00
Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı əmr imzalanıb  

Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən əmr imzalanıb.

 

AzEdu.az xəbər verir ki, müvafiq əmr ilə təsdiqlənmiş Tədbirlər Planına əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində ustad sənətkar Aşıq Ələsgərin həyat  və yaradıcılığına həsr olunmuş konfranslar, “Açıq dərs”lər, “Dəyirmi masa”lar, ədəbi–bədii gecələr, müsabiqə və yarışlar keçiriləcək.

Həmçinin ustad sənətkarın 200 illik yubileyinə həsr olunmuş rəsm sərgiləri keçiriləcək, divar  qəzeti və bülletenlər hazırlanacaq.

“Aşıq Ələsgər və  Azərbaycan  folkloru” mövzusunda  şeir müsabiqəsi təşkil olunacaq.

Bundan başqa, məktəb kitabxanalarında Aşıq Ələsgər irsinin təbliği və əsərlərinin müzakirəsi istiqamətində diskusiya və debatlar keçiriləcək.

 

 

“Aşıq  Ələsgərin 200 illik  yubileyinin  qeyd  edilməsi  ilə  bağlı Tədbirlər Planı”nın icrasını təmin etmək barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri