Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-02 12:29:00
Vakant inzibati vəzifələr üzrə ümumi müsahibədə 47 nəfər uğur qazanıb  

On üç dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunmuş ümumi müsahibə davam edir.

 

AzEdu.az xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə hakimiyyəti orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 39-u dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 38-i B növünə (inzibati icraçı) aid olub. Müsahibədə uğur qazanmış 47 namizəd dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 40, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyində 8, Dövlət Statistika Komitəsində 7, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 7, Kənd Təsərrüfatı Nazirliyində 3, Maliyyə Nazirliyində 3, Əqli Mülkiyyət Agentliyində 2, Sumqayıt İnzibati Məhkəməsində 2, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 1, Hesablama Palatasında 1, İqtisadiyyat Nazirliyində 1, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 1 və Sumqayıt Apellyasiya Məhkəməsində 1 vakant vəzifə ümumi müsahibəyə çıxarılmışdı.

Ümumi müsahibədə iştirak üçün 240 nəfər müraciət edib.