Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-02 10:59:00
Rezidenturaya qəbul imtahanının I mərhələsində (ikinci cəhd) iştirak üçün 966 namizəd qeydiyyatdan keçib  

Avqustun 4-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) ikinci cəhdi keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, bu imtahanda iştirak etmək üçün 966 namizəd qeydiyyatdan keçib.

Xatırladaq ki, iştirakçılar DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər.