Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-02 11:53:00
Müəllimlərin işə qəbulu müsabiqəsində tarix fənni üzrə ən yüksək bal toplayanlar BDU-nun məzunlarıdır  

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində tarix fənni imtahanından ən yüksək balı Bakı Dövlət Universitetinin məzunları Zahid Qasımov və Sadiq Rzayev toplayıblar.

AzEdu.az xəbər verir ki, bu barədə BDU-dan məlumat verilib.

Bu il MİQ imtahanlarında BDU-nun Fizika fakültəsinin məzunu Arzu Quliyeva fizika fənni üzrə 59 bal, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məzunu Sevinc Yaqubova informatika fənni üzrə 58 bal, Mexanika-riyaziyyat fakültəsinin məzunları Natəvan Zamanova və Aynur Ağahüseynova riyaziyyat fənni üzrə 56 bal toplayaraq ölkə birincisi olublar.

Xatırladaq ki, namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim olunur. İmtahan keçirilən bütün regional mərkəzlərdə bu müddət başa çatdıqdan sonra namizədlərə 10 dəqiqə ərzində səhv cavablandırdığı sualları görmək imkanı yaradılır.