Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-02 10:12:00
Zakir Həsənov ermənilərin təxribatlarının qarşısının dərhal alınması barədə əmr verib  

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən xidməti müşavirədə Ermənistanın sərhəddə törətdiyi təxribatlar müzakirə olunub.

AzEdu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Son zamanlar Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində baş verən hadisələri təhlil edən müdafiə naziri Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribata hazır olmağı və onların qarşısının dərhal alınmasını əmr edib.