Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-31 17:27:00
Doktorantura səviyyəsinə elektron sənəd qəbulu sabah yekunlaşır  

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir.

 

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, portal.edu.az platformasında aparılan sənəd qəbulunun avqustun 1-də yekunlaşdırılması nəzərdə tutulub.

 

Qeyd edək ki, portal üzərindən tələbələr müraciətin irəliləyişi, imtahan nəticələri və digər yeniliklər barədə vaxt itirmədən və olduğu yeri tərk etmədən “Şəxsi kabinet” vasitəsilə məlumat əldə edə bilirlər.