Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-31 14:37:00
Ali məktəblərə qəbul olmaq üçün subbakalavrların ərizə qəbulu davam edir  

Ali məktəblərə qəbul olmaq üçün subbakalavrların ərizə qəbulu davam edir.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, subbakalavrların ərizələrinin qəbulu avqustun 10-dək internet vasitəsilə aparılır. Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil almaq istəyən subbakalavrlar isə iyulun 23-dək ərizələrini təsdiq ediblər. Subbakalavrlar DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Bu gün saat 12:15-ə olan məlumata görə, 15 min 683 subbakalavr elektron ərizəsini təsdiqlədib.