Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-31 14:09:00
Britaniya alimləri: "Yoluxanlar arasında ölüm hallarının daha çox olacağı ştamm yaranacaq"  

Britaniya alimləri koronavirusun mutasiyalarının mümkün inkişaf ssenarilərini açıqlayıblar. Bu ssenarilərdən biri yoluxma nəticəsində ölüm səviyyəsi 35% olan yeni ştammın yaranması ehtimalıdır.

 

AzEdu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Fövqəladə hallar üzrə Elmi Konsultativ qrupunun (SAGE) hesabatında deyilir.

 

Belə ki, ssenarilərdən biri xəstəliyi ağır keçirmə və yoluxanlar arasında ölüm hallarının daha çox ola biləcəyi yeni variantın yaranması ilə bağlıdır.

 

Sənəddə deyilir ki, bu ştamma yoluxma nəticəsində ölüm səviyyəsi “SARS-CoV (10%) və MERS-CoV-un (35%) göstəriciləri ilə eyni ola bilər.

 

Qeyd edək ki, SARS-CoV atipik sətəlcəmə, MERS-CoV isə “dəvə qripi”nə səbəb olur.

 

Ekspertlər bu variantın real olduğunu hesab edirlər.(Report.az)