Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-31 15:14:00
İnzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat başa çatıb  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat başa çatıb.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan Bakı şəhərində keçiriləcək. İmtahanda iştirak etmək üçün 1411 (BA - 445, BB - 996) nəfər qeydiyyatdan keçib.

 

Xatırladaq ki, imtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək imtahana buraxılış vərəqəsində qeyd olunacaq. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet” yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı açılır. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.