Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-30 17:06:00
Qabiliyyət imtahanlarında iştirak etmək istəyən konsertmeysterlərin nəzərinə

2021/2022-ci tədris ili üçün musiqi sənəti istiqaməti üzrə keçiriləcək xüsusi qabiliyyət imtahanlarında konsertmeysterlərin iştirakının imtahan qaydalarına uyğun şəkildə təşkil edilməsi məqsədilə xüsusi proqram təminatı işlənib hazırlanıb.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, musiqi sənəti üzrə xüsusi qabiliyyət imtahanlarında fərdi konsertmeyster kimi iştirak edən musiqiçilər iyulun 30-dan etibarən https://eservices.dim.gov.az/wpfqab/ linki vasitəsilə qeydiyyatdan keçib, konsertmeysterin buraxılış vərəqəsini çap edib götürərək imtahan binasına gəlməlidirlər. Bir konsertmeyster bir gün ərzində maksimum altı abituriyenti müşayiət edə bilər. Konsertmeysterlər ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən aşağıdakı ixtisasları üzrə keçirilən imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

 

Konsertmeysterlər əvvəlcə https://ekabinet.dim.gov.az// bu linkə daxil olub şəxsi kabinet açmalıdırlar. Şəxsi kabinet açdıqdan sonra https://eservices.dim.gov.az/wpfqab/ daxil olub şəxsi kabinetin istifadəçi adı və parolu daxil etməklə konsertmeysterlərin qeydiyyat sisteminə daxil olmalıdırlar. Sistemə daxil olduqdan sonra “əlavə et” düyməsinə basmaqla açılan pəncərədə konsertmeysteri olduğu abituriyentin iş nömrəsini daxil edib “Axtar” düyməsini basmaq lazımdır. Abituriyentin məlumatları yükləndikdən sonra “Yadda saxla” düyməsini basıb məlumatları yadda saxlamaq lazımdır.