Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-30 16:40:00
Azərbaycanda daha 668 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 343 216 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 752 nəfər müalicə olunaraq sağalıb, 5 022 nəfər vəfat edib. 5 442 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 881, bu günə qədər isə ümumilikdə 4 023 954 test icra olunub.