Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-30 16:03:00
Alimlər: "Koronavirusun daha təhlükəli variantı ortaya çıxa bilər"

"Koronavirusun daha təhlükəli variantlarının qarşısını almaq üçün peyvəndlənmə işi sürətləndirilməli, habelə pandemiya tam başa çatanadək maska taxmaq və digər təhlükəsizlik qaydalarına əməl edilməlidir".

 

AzEdu.az xəbər verir ki, bu barədə Avstriya, İsveçrə, İspaniyadan olan tədqiqatçılar qrupunun “Scientific Reports”da dərc edilən araşdırmasında qeyd olunub. Bildirilir ki, SARS-CoV-2 virusunun 3 il ərzində inkişaf etməsini əks etdirən model tərtib olunub.

 

Tədqiqatın nəticəsinə görə peyvənləməyə qarşı dayanıqlı ştamların ortaya çıxma ehtimalı peyvəndləmə səviyyəsi 60 faiz olduqda daha çox, 100 faiz olduqda isə daha azdır.

 

Bununla yanaşı peyvənd olunduqda belə, maska taxmaq, sosial məsafə saxlamaq kimi qaydalara qarşı səhlənkarlıq etmək olmaz, çünki bu zaman dayanıqlı ştamların ortaya çıxması ehtimalı xeyli artır.

 

O da qeyd olunub ki, məhdudiyyətlərə pandemiya tam başa çatanadək ciddi əməl olunmalıdır.