Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-30 14:44:00
Təhsil İnstitutu: Metodik Dəstək Mərkəzinə daxil olan müraciətlərdən 63-ü yerində cavablandırılıb

Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin (MDM) “Qaynar xətt”i gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, metodistlərin, tədris işçilərinin sual və təkliflərinin ünvanladığı “Qaynar xətt”ə iyul ayı ərzində 76 müraciət daxil olub. Müraciətlərdən 63-ü yerində cavablandırılıb, 13-ü isə aidiyyəti üzrə yönləndirilib. Müraciətlərlə bağlı statistik məlumatlarla daha ətraflı infoqrafikada tanış olmaq mümkündür.

 

Qeyd edək ki, MDM-in “Qaynar xətt”i metodistlərin və tədris işçilərinin distant təhsil və onun təşkili ilə bağlı müraciətlərini qəbul etmək məqsədilə yaradılıb.