Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-30 14:30:00
BANM-ın  məzunu magistratura və doktorantura üzrə beynəlxalq proqramlara qəbul olunub.
Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının məzunu Kənan Qocayev müraciət etdiyi ali məktəblərdən 7-nə magistratura və doktorantura üzrə beynəlxalq proqramlara qəbul olunub.
 
 
 
 AzEdu.az xəbər verir ki, Kənan Qocayev eyni zamanda həmin universitetlərin təqaüdünü qazanıb. Kimya və biomolekulyar mühəndislik, Bərpaolunan Enerji mühəndisliyi, Dayanıqlı ətraf-mühit mühəndisliyi və s. ixtisaslar üzrə təklif alan Kənan Qocayevin qəbul olduğu universitetlərdən 5-i ABŞ ali məktəbləridir. O, bu ali məktəblərin 3-ündə Doktorantura pilləsi üzrə tam təqaüd qazanıb.
 
 
Digər 2 ali məktəb Finlandiyada yerləşir və onlardan biri Kənan Qocayevi təhsil haqqından azad edib.
 
 
 Kənan Qocayev təhsilini ABŞ-ın Tulane Universitetində Dayanıqlı kimya və əməliyyat mühəndisliyi ixtisası üzrə Doktorantura proqramında tam təqaüdlə davam etdirmək niyyətindədir.
 
 
Qeyd edək ki, Kənan Qocayev 2016-cı ildə DİM tərəfindən keçirilmiş qəbul imtahanında 665 bal toplayaraq BANM-in Kimya mühəndisliyi ixtisasına dövlət sifarişi üzrə qəbul olub və məzun olduqda Ümumi Orta Müvəffəqiyyət Göstəricisi 91.71 olub.