Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-30 12:39:00
Təhsil İnstitutu:MİQ namizədləri yeni öyrənmə prosesinə qoşulsunlar

 

Təhsil İnstitutu müəllimlərin işə qəbulu imtahanlarında namizədlərin test tapşırıqlarının çətinliyi ilə bağlı səsləndirdiyi narazılıqlara aydınlıq gətirib.

 

 

AzEdu.az xəbər verir ki, bunu institutun mərkəz rəhbəri Nəzakət Mehdiyeva deyib.

 

 

N.Mehdiyeva qeyd edib ki, aparılan təhlillər nəticəsində müəllimlərin son 10 ildə bilik vermək bacarığının müasir tələblərə bir o qədər cavab vermədiyi məlum olub: “Son 3 ildə müəllimlərin ixtisasartırma təlimlərində istifadə olunan tədris proqramlarında təkmilləşdirmələr aparıldı və dövrün tələblərinə uyğunlaşdırıldı. Demirəm ki, bütün müəllimlər yeni proqramı öyrənir. Amma böyük əksəriyyət bunun üçün çalışır. Arzu edərdim ki, namizədlərimiz yeni öyrənmə prosesinə qoşulsunlar”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları