Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-30 12:02:00
Ali məktəblərə qəbul olmaq üçün bu qədər subbakalavr ərizəsini təsdiqlədib  

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu avqustun 10-dək internet vasitəsilə aparılır. Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil almaq istəyən subbakalavrlar isə iyulun 23-dək ərizələrini təsdiq ediblər.

Bu barədə  Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, subbakalavrlar DİM-in internet saytının ekabinet.dim.gov.az səhifə¬sin¬də “Şəxsi kabinet” yaratdıqdan (kabineti olmayanlar) sonra şəxsi kabi¬netinin istifadəçi adı və parolundan istifadə etmək¬lə DİM-in müvafiq internet səhifəsinə daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Bu gün saat 11:55-ə olan məlumata görə, 15 min 277 subbakalavr elektron ərizəsini təsdiqlədib.