2021-07-30 11:50:00
Mütəxəssis hazırlığı milli əmək bazarını yoxsa qlobal əmək bazarını əsas tutmalıdır?-Rektor ali təhsilin əsas missiyasından yazdı
Bir qayda olaraq ali təhsilli məzunların əmək bazarının tələblətinə cavab verməməsi və ya az cavab verməsi ən çox eşidilən iradlardandır. Doğrudanmı ali təhsil əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlamalıdır? Əgər belədirsə, əmək bazarının hansı seqmenti üçün? Yəni müasir tələblərə cavab verən müəssisələr üçün yoxsa hələ də geridə qalan müəssisələr üçün? Başqa bir sual ondan ibarətdir ki, mütəxəssis hazırlığı milli əmək bazarını yoxsa qlobal əmək bazarını əsas tutmalıdır? Qlobal əmək bazarı və yerli əmək bazarı arasında mövcud olan fərqlər, bəzi hallarda hətta ziddiyyətlər ali təhsil tərəfindən həll oluna bilərmi? Qloballaşma milli əmək bazarı tələbinə yer qoyurmu?
Suallar çoxdur. Görünən və qəbul edilən ümumilikdə odur ki, ali təhsil işəgötürənlərin qapısını döyən, işə başlamaq üçün işəgötürənlərin qapısı ağzında gözləyən işçi hazırlamaq missiyasından daha çox yeni iş yeri yaradanlar yetişdirməlidir. Ali təhsil ümumbəşəri dəyərlərə biganə qalmadan fərdi rifah üçün tələb olunan dünyəvi bilik, bacarıq və vərdişlər formalaşdırmalı, sərbəst tədqiqat bacarığı və azad düşüncəyə malik, dövlətin, ölkənin, öz xalqının inkişafını prioritet hesab edən vətəndaş yetişdirməlidir.
Ali təhsil təkcə maddi deyil, həm də mənəvi dəyər yaradan bir sərvətdir. Ali təhsil məzunu tənqidi düşüncə və komandada işləmək bacarığına malik, sosiallaşmış, başqa sözlə, "yumşaq bacarıqlara" sahiblənmiş bir dəyərdir. Ali təhsil nəzəri biliklərin vacibliyi və əhəmiyyətini inkar etməyən, lakin bu gün verilən nəzəri biliklərin orta ömrünün 5-7 il olduğunu daim diqqətdə saxlayan sistemdir. Ən əsası, ali təhsil vaxt keçdikcə erroziyaya uğramayan, ömür boyu üstünlük təmin edən DƏYƏRLƏR və ya DƏYƏRLƏR SİSTEMİ formalaşdıran bir "əbədi mühərrik"dir. Bəli, DƏYƏR ali təhsilin əsas missiyasıdır! MİLLİ DƏYƏRLƏR şübhəsiz ki, milli ali təhsil sistemini həm də digər ali təhsil sistemlərindən fərqləndirən bir "dayaq nöqtəsi"dir.
UNEC rektoru, professor Ədalət Muradov
Bu bölməyə aid digər xəbərlər
AzMİU-da layihəsi çərçivəsində Pilot tədris həftəsi başlayıb
2024-04-24 15:06:44
AzTU-nun nizamnamə fondunun həcmi açıqlanıb
2024-04-20 12:48:00
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
2024-04-20 11:44:51
MDU Ali Təhsil Liderlik Forumunda təmsil olunur
2024-04-18 09:13:27
“Cümhuriyyət məfkurəsi” kitabı çapdan çıxıb
2024-04-17 17:18:53
Rektor imtahanında maksimum bal toplayan şagirdlə görüşüb
2024-04-17 16:56:51
LDU-da Memorandum imzalanıb
2024-04-15 16:28:26
ADPU-nun dekanı vəfat etdi
2024-04-13 10:54:06
Səfirlik GIPA jurnalistika üzrə magistr proqramına tələbə qəbulu elan edib
2024-04-06 16:54:16
AzTU şəhid məzununa həsr olunan anım tədbiri...
2024-04-05 17:13:25
kitabı
ÇOX OXUNANLAR
18 Aprel 2024, 12:35
Sertifikasiya imtahanının vaxtı AÇIQLANDI
18 Aprel 2024, 10:04
DİM-dən 17 mart buraxılış imtahanının nəticələri ilə bağlı AÇIQLAMA
20 Aprel 2024, 17:42
300 bal toplayan 9-cular - Onlar bu liseyin şagirdləridir
17 Aprel 2024, 10:21
Sertifikasiya:“Müəllimlərin hazırlığa getməsi qəbuledilməzdir”
19 Aprel 2024, 16:54
Qəbul imtahanında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA
22 Aprel 2024, 09:57
7 aprel buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ
19 Aprel 2024, 16:09
Regionlar üzrə ən çox bal toplayanlar... Şəki-Zaqatala bölgəsinin ŞAGİRDLƏRİ
17 Aprel 2024, 12:14
Regionlar üzrə ən çox bal toplayanlar – Mərkəzi Aran bölgəsinin ŞAGİRDLƏRİ
FACEBOOK