Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-30 10:37:00
İnzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat bu gün başa çatır  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat iyulun 30-da başa çatır.

Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan Bakı şəhərində keçiriləcək. Bu gün saat 13:10-a olan məlumata görə, imtahanda iştirak etmək üçün 1428 (BA - 440, BB - 988) nəfər qeydiyyatdan keçib.

Xatırladaq ki, imtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı açılır. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.