Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-29 17:52:00
Bitməyən MİQ  narazılığı – “İngilis dili fənni üzrə imtahan bu səbəblərdən yenidən keçirilməlidir”-SORĞU

 

 

İyulun 5-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsinə start verilib.

 

 

Müsabiqənin növbəti günündə - 27 iyulda İngilis dili müəllimi olmaq istəyən şəxslər özlərini sınayıblar.

 

 

İmtahan prosesində 1 müdavim yüksək nəticə əldə edib. O, 53 bal toplayıb.

 

 

İmtahan iştirakçılarının çoxu sualların çətinlik , səviyyəsindən, onların anlaşılmazlığından şikayət ediblər.

 

Namizədlər  test tapşırıqlarının qəliz olduğunu dilə gətiriblər. Müdavimlər arasında İELTS-dən 7 və 8 kimi yüksək nəticə əldə edən şəxslər də olub, lakin onlar imtahan prosesində aşağı bal toplayıblar.

 

 

AzEdu.az imtahanda iştirak edən müdavimlərin bəziləri ilə ünsiyyətdə olub və onların fikirlərini öyrənib:

 

 

Validə Orucova həmin gün imtahanda iştirak edib:

 

 

“Heç razı qalmadım. Ümumiyyətlə, bu il ingilis dili ixtisasından əksər namizədlər keçən illə müqayisədə aşağı nəticə göstəriblər. Halbuki, bu il nəticələrimizi yüksəltmək üçün məqsədli şəkildə hazırlaşmışdıq. İmtahanın çətinlik səviyəsində bu qədər də fərq olmaz. Əvvəla, bizlərə dəqiq mənbə verilmir ki, hansı suallara hərtərəfli hazır ola bilək. Vaxtı nəzərə almadan testlər hazırlanır. Həmin sualların çətinlik səviyyəsinə görə imtahan ərzində vaxtı heç cür tənzimləmək olmur. Bu haqsızlıqdır. Ümid edirəm,  bu vəziyyəti nəzərə alaraq tədbir görüləcək”.

 

 

Müdavim  Lətafət Vəliyeva qeyd edir ki. çərçivədə olmayan  mövzulardan suallar düşüb:

 

 

“İmtahanda 3-4 sual qramatikadan salınmışdı, qalan hamsı dəxilsiz idi. İnglis dili üzrə dərs deyəcəm, nəyimə lazımdı metaforadan suallar? Heç sual hazırlayanda düşünürsünüzmü ki, nədən yazıram? Təkcə ayın 27-i deyil, ingilis dili üzrə bütün seanslarda vəziyyət bərbaddır. İmtahanın yenidən təşkil olunmasını və ya balların aşağı salınmasını tələb edirik”. 

 

 

Müəllim namizəd Təranə Hüseynova vurğulayıb ki, imtahan ədalətli olmayıb:

 

 

“Əgər ədalətlilik prinsipi qorunursa, necə olur ki,  ixtisas üzrə bütün fənlər əsas vahid mənbə olan dərsliklərdən salınmır. İngilis dilində olan milyonlarla mənbədən hansını əsas götürdüyünüzlə bağlı fakt yoxdur.

 

İngilis dilini hər il həm kollec, həm universitet tələbələri bitirir. Necə ədalətli və şəffaf ola bilər ki, dünya üzrə bilinən beynəlxalq sertifikat olan IELTS-dən 7.5 alan namizəd sizin imtahandan 30 bal yığır? Deyiləcək çox söz var, amma bu məsələnin birdəfəlik həlli üçün hamımız imtahanların DİM-ə verilməsini tələb etməliyik”.

 

 

Yeganə Nəsibova söyləyir ki,  imtahanda mövzular tam çərçivəni əhatə etmirdi:

 

 

“CLEFT SENTENCE, REDUCTİON, İNVERSİON və bu kimi mövzular bizə təqdim edilən çərçivədə olmadığı haldı imtahana salınmışdı. Bizdə  universitet ADVANCE səviyyədə təhsil, bilik vermir ki,  o səviyyədə də imtahan götürürsüz. Xarici mənbələrin situasiya tipli testlərini gətirib salmaqla deyil. Xaricdə o tipdə yüksək təhsil verilir və ona uyğun  da imtahan götürür. 

 

 

Ən əsas dəqiq və vahid  vəsait olmadığı halda hansı kitablara istinad edərək o cür yüksək çətinlik səviyyəsində suallar salırsız?”.

 

 

Nigar Musazadə: “27 iyul tarixində təşkil olunan İngilis dili üzrə imtahanda çərçivədən və proqramdan çox uzaq, əsassız internet məlumatlarına əsaslanan, yanlış suallar daxil edilmişdi.  Suallar olduqca çaşdırıcı, uzun və məntiqsiz idi.

İmtahanın Azərbaycan təhsil sistemi ilə yaxından uzaqdan əlaqəsi yox idi.

 

Dəfələrlə MIQ ingilis dili imtahanından 50+ bal toplayıb və artıq işləyib təcrübəsi olan müəllimlər 30-40 bal yığdı. Halbuki, bu bu ballar əvvəlki illərdə 40-50 olurdu. Müəllimlər savadsızlaşıbmı ki, təcrübə topladıqdan sonra? Xahiş edirik, 27 iyul ingilis dili imtahanları təhlil edilsin və ədalətli qərar verilsin.

 

Günel Abdulhəsənova: “ 27.07.21 tarixində saat 09:00 da keçirilən imtahan çox ədalətsiz idi. Vaxt aparan situasiya tipli suallar həm kurikulumda həm də ixtisasdan var idi. Çərçivə meyarları gözlənilməmişdi. Universitetdə keçdiyimiz dərslikdə olan mövzu imtahanda səhv hesab edilirsə, biz niye ali təhsil alırıq? Keçən il yüksək bal toplayanlar bu il niyə aşağı nəticə göstərir?  Bu qədər müəllim haqsız ola bilməz. Vakansiya yoxdursa, imtahan keçirilməsin. Varsa, imtahanlar yenidən keçirilsin”.

 

Ümid edirik ədalətli qərar veriləcək!

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları