Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-21 14:33:00
1-ci Beynəlxalq Yay Məktəbinin iştirakçıları Qəbələyə səfər ediblər

 Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təşkil olunan, 11 ölkədən 34 tələbənin iştirak etdiyi “Davamlı İnkişaf Hədəfləri” adlı 1-ci Beynəlxalq Yay Məktəbinin iştirakçıları "Aztexnika MMC"-nin dəstəyi ilə Qəbələ rayonuna səfər ediblər.

AzEdu.az xəbər verir ki, iki günlük səfərin məqsədi rayonun tarixi-mədəni obyektləri, təbiəti ilə yanaşı aparıcı aqrar-sənaye müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olmaqdır. Səfərin birinci günü tələbələr  Qəbələ Arxeoloji Mərkəzində, Nohur gölündə, Nic kəndində yerləşən Müqəddəs Yelisey adına Cotari Kilsəsində və digər yerlərdə olublar. Qonaqlar Azərbaycanın dünyada bir tolerantlıq nümunəsi, qədim tarixə, zəngin mədəniyyətə və təbiətə malik olduğunu bildiriblər.

Qeyd edək ki, səfərin baş tutmasına dəstək göstərən, 2006-ci ildə yaradilmış “Aztexnika MMC ” əsasən nəqliyyat, inşaat, yol tikintisi, qida və qablaşdırma və xidmət sektorları üzrə dünya miqyasında aparıcı şirkətlərin ölkəmizdə eksklüziv təmsilçisi kimi fəaliyyət göstərir. Hazırda şirkət dünyaca məhşur brendlərin ölkəmizdəki rəsmi dileri olmaqla, habelə fəaliyyətində sosial məsuliyyət prinsipini əsas tutmaqla ADAU ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir. Müəssisə tərəfindən universitetin mühəndislik fakültəsində yaradılmış “John Deere” Təlim mərkəzi müasir mühəndis kadrların hazırlanmasında mühüm rol oynayır.