Baş nazirin qərarına əsasən, müəyyən edilmiş qaydalarda Təhsil Tələbə Kreditinin müddəti təhsilin səviyyəsindən və ixtisasdan asılı olaraq qanunvericiliklə müəyyən edilmiş təhsilin normativ müddətindən, güzəşt dövründən və kreditin qaytarılması müddətindən (10 il) ibarətdir.
Həmçinin kreditlərin verilməsinə dair tələblər və tətbiq edilən güzəştlər də qaydalar çərçivəsində müəyyən edilib.
AzEdu.az xəbər verir ki, fondun vəsaiti hesabına verilən TTK üzrə tələblər aşağıdakılardır:
- TTK-nin tədrisə tam cəlb olunaraq (fulltime) təhsil müəssisələrində əyani təhsil alan tələbələrə verilməsi;
- TTK-nin təhsilin normativ müddətində hər tədris semestri (yarımil) üçün verilməsi;
- TTK-nin veriləcəyi semestrdən əvvəlki semestr (yarımil) üzrə hər hansı bir fənn (modul) üzrə akademik borcun olmaması;
- TTK üçün girov və zaminliyin tələb olunmaması;
- TTK üzrə əsas borcun və hesablanmış faizlərin hər ay bərabər hissələrlə (annuitet ödənişlər) qaytarılması;
- təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə kreditə faiz hesablanmaması və qaytarılmasının tələb edilməməsi;
- borcalanın ölümü, əmək qabiliyyətinin tam və ya qismən itirilməsi (əlillik) hallarından kreditin həcmindən az olmamaq şərtilə sığortalanması;
- TTK-nin Azərbaycan Respublikasının vətəndaşlarına manatla verilməsi