Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-29 13:28:00
İnzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat sabah başa çatır  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat davam edir.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat iyulun 30-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək. Bu gün saat 13:10-a olan məlumata görə, imtahanda iştirak etmək üçün 1207 (BA - 358, BB - 849) nəfər qeydiyyatdan keçib.

 

Xatırladaq ki, imtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək imtahana buraxılış vərəqəsində qeyd ediləcək. İmtahan vermək istəyən namizədin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. Həmin hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.