Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-28 16:36:00
Standart kreditlərdən I kursdan bu tələbələr yararlana BİLƏCƏK

 

Baş  nazirin  qərarına  əsasən, müəyyən  edilmiş  qaydalarda  müəyyən  edilmiş  kateqoriyaya  uyğun  olan  tələbələr  birinci  semestrdən  etibarən  sosial  kreditlərdeən  faydalana  biləcəklər.

 

Ancaq  sosial  TTK(Tələbə  təhsil  krediti)  almaq  hüququ olmayan tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən  etibarən standart kredit  almaq hüququna malikdirlər.

 

AzEdu.az  xəbər  verir  ki, bu  tələbələr  aşağıdakılardır:

 

1. Birinci tədris ilinin ilk semestri  üçün tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar, digər semestrlər  üçün  isə ÜOMG-si 71 bal və yuxarı olanlar (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olanlar);

 

2. İllik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər.

 

Qeyd  edək  ki, standart  TTK almaq  hüququ,  müraciət  tarixinə  göstərilən şərtlər eyni vaxtda yarandıqda təmin olunur.