Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-28 16:24:00
Kimlər I kursdan sosial  kreditdən yararlana bilər? – Tələbələrin NƏZƏRİNƏ

 

 

Baş  nazir Əli  Əsədov  “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası” ilə  bağlı  qərar  imzalayıb.

 

Qərarda  müəyyən  edilmiş  qaydalara  uyğun  olaraq  birinci  kursdan  etibarən  hansı  tələbələrə  standart, hansılara  sosial  kreditlərin  verilməsi də  müəyyən  edilib.

 

AzEdu.az  xəbər  verir  ki, aşağıdakı tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) sosial TTK-dən istifadə etmək hüququna malikdirlər:

 

1.Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

 

2.3-cü dərəcə əlilliyi olanlar;

 

3.Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olanlar:

 

  • 1-ci və ya 2-ci dərəcə əlilliyi olanlar;
  • işsiz kimi qeydiyyatda olanlar;
  • yaşa görə əmək pensiyası alanlar;
  • yaşa görə sosial müavinət alanlar.

 

Qeyd  edək  ki, tədris semestri  müddətində TTK-nin verilməsi barədə müraciət edildiyi gün tələbə göstərilən kateqoriyalardan birinə aid olduğu halda həmin semestr  üçün sosial TTK almaq hüququna malikdir.