Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-28 14:48:00
DİM: Sabahdan imtahan protokolları və materiallarının emalına başlanılacaq  

İyulun 28-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qruplarə üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib.

 

AzEdu.az xəbər verir ki, iyulun 29-dan etibarən Mərkəzdə imtahan protokolları və materiallarının emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.