Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-28 12:24:00
Ali məktəblərə qəbul olmaq üçün 14 mindən çox subbakalavr ərizəsini təsdiqlədib

Ali təhsil müəssisələrinə subbakalavrların ərizələrinin qəbulu avqustun 10-dək internet vasitəsilə aparılır. Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil almaq istəyən subbakalavrlar isə iyulun 23-dək ərizələrini təsdiq ediblər.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, subbakalavrlar DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Bu gün saat 11:30-a olan məlumata görə, 14 min 292 subbakalavr elektron ərizəsini təsdiqlədib.