Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-28 10:12:00
Qəbul imtahanları 22 şəhər və rayonda təşkil olunur

28 iyul 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilir.

 

AzEdu.az xəbər verir ki İmtahanlar Bakı, Abşeron, Sumqayıt, Naxçıvan, Gəncə, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran, Xaçmaz, Şəmkir, Mingəçevir, Zaqatala, Ağcabədi, Kürdəmir, Sabirabad, Cəlilabad, Masallı və Qubada təşkil olunur.

 

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 68 imtahan binası, 1113 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 68 ümumi imtahan rəhbəri, 184 imtahan rəhbəri, 1450 nəzarətçi–müəllim, 140 buraxılış rejimi əməkdaşı, 68 bina nümayəndəsi cəlb edilib.

 

Bugünkü imtahanlarda ümumilikdə 14426 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 9421 nəfər I ixtisas qrupu, 5005 nəfər isə IV ixtisas qrupu üzrə sənəd verənlərdir. Abituriyentlərdən 13423 (I qrup – 9040,   IV qrup - 4383)nəfər Azərbaycan, 1003 (I qrup - 381 IV qrup - 622)nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 7320 (I qrup - 6049 IV qrup - 1271)nəfəri oğlan, 7106 (I qrup - 3372 Iv qrup - 3734) nəfəri isə qızdır.

 

12507 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 1694 nəfər əvvəlki illərin məzunudur. 35 nəfər ali təhsil müəssisələrinin, 190 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 50 abituriyent xarici ölkələrin vətəndaşıdır.

 

İmtahanda 5 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edir. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.