Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-27 17:48:00
ABŞ-ın Oklahoma Universiteti azərbaycanlılara təhsil haqqında güzəşt edəcək  

Azərbaycanla imzalanmış memoranduma əsasən, ABŞ-ın Oklahoma Universitetində təhsil alacaq azərbaycanlı tələbələrə təhsil haqqında güzəşt ediləcək.

 

AzEdu.az xəbər verir ki, bunu keçirdiyi brifinqdə ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stitt deyib.

 

“Azərbaycanlı tələbələrin təhsil haqqının 57%-ni universitet qarşılayacaq. Bu da bizim təcrübəmizi bölüşməyin bir yoludur və ümidverici bir razılaşmadır”, - deyə o, qeyd edib.(Report.az)