Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-27 14:00:00
Həm keyfiyyətli,həm də sərfəli ali təhsil sistemi-Alamaniya TƏHSİLİ

 

Dünyanın ən qabaqcıl universitetlərinin yerləşdiyi, dinamik təhsil təcrübəsi ilə fərqlənən ölkələrindən biri də Almaniyadır.

 

Bu ölkədə  ümumilikdə  300-dən  artıq  universitet  fəaliyyət  göstərir. Onların bir  qismi  özəl, digər bir qismi isə dövlət təhsil müəssisələridir.

 

Əgər bakalavr və ya magistratura təhsilinizi Almaniyada  davam  etdirməyi  düşünürsünüzsə, aşağıdakı bilgilər sizə yararlı ola bilər.

 

AzEdu.az  Almaniya təhsil  almaq  istəyənlər üçün faydalı olacaq  məlumatları  təqdim  edir.

 

Universitetlərdə təhsil alman dilindədir. Amma bəzi universitetlər  bakalavr və magistr pillələrində  ingilis dilində də təhsil almaq mümkündür. Bu səbəblə Almaniyada təhsil almaq üçün əsas şərtlərdən biri alman və ingilis dillərini bilməkdir. Dünyada işə götürülənlər tərəfindən alman təhsilli işcilər daha çox rəğbət görürlər. Xüsusilə elm və mühəndislik sahələrində bu  daha çox məhşurdur. Bakalavr, magistratura və doktorantura pillələrində Almaniyada keyfiyyətli təhsil ala bilərsiniz. Alman dilində təhsil almaq  istəyən Azərbaycanlı tələbələr orada bir il hazırlıq kursu oxumalıdır.

 

Almaniyada  attestatla və aşağı xərclər bakalavr  təhsili almaq mümkündür

 

Attestatla Almaniya universitetlərində keyfiyyətli bakalavr təhsili ala bilərsiniz. Digər ölkələrlə müqayisədə  burada  aşağı xərclə bakalavr təhsili almaq  mümkündür. Almaniyada bakalavr təhsilini 11-ci sinifi bitirdikdən sonra attestatla yalnız özəl universitetlərdə almaq olar. Dövlət universitetlərində bakalavr təhsili üçün burada iki il universitet təhsili almalısınız. Tibb və Hüquq  ixtisası istisna olmaqla Almaniyada bakalavr təhsilinin müddəti  3 ildir.

 

Burada  magistratura təhsili  üçün  dil  biliyinizi  təsdiq edən  sertifikat  tələb  olunur

 

Magistraturaya qəbul şərtləri, semestr müddəti (2-4) ixtisas və universitetdən asılı olaraq dəyişir. Magistr təhsilinizi maliyyələşdirmək üçün DAAD təqaüdündən yararlana bilərsiniz. DAAD magistr təhsili üçün müxtəlif təqaüdlər təklif edir. Magistratura  pilləsi  üzrə  həm  alman, həm  də  ingilis  dilində  təhsil  almaq  mümkündür. Universitetlər seçiminizdən asılı olaraq dil biliklərinizi təsdiq edən sertifikat tələb olunur. Almaniyada magistratura üçün IELTS imtahanı lazımdır. Tibb və Hüquqdan (yalnız almanca) başqa bütün ixtisaslar üzrə  ingilis dilində təhsil ala bilərsiniz.

 

Almaniya universitetlərindən verilən diplomlar Amerika, İngiltərə, Avstraliya, Kanada və başqa ölkələrdə tanınır.

 

Fidan Ali