Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-27 13:00:00
Bu gün qəbul imtahanında iştirak edən abituriyentlərdən 2025 nəfər rus bölməsinin məzunudur

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 27-də I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında iştirak edən abituriyentlərdən 2025 nəfər rus bölməsinin məzunudur.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan verənlərin 12 min 540 nəfəri oğlan, 6644 nəfəri isə qızdır. 16 min 591 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2327 nəfər əvvəlki illərin məzunudur. 15 nəfər ali təhsil müəssisələrinin, 251 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 96 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1966-cı ildən, ən gənci isə 2006-cı ildəndir.