Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-27 12:48:00
Təhsilalanların könüllülük fəaliyyətinə təşviqi mövzusunda qrant müsabiqəyə layihə qəbulu yekunlaşır

yulun 27-si saat 21:00-da “Gənclərin öz potensialını üzə çıxarması, ölkədə və xaricdəki həmyaşıdları ilə qarşılıqlı əlaqələr qurulması, ölkə əhəmiyyətli tədbirlərdə iştirak edərək təcrübə qazanması məqsədilə təhsilalanların könüllülük fəaliyyətinə təşviqi” mövzusunda qrant müsabiqəsinə müraciətlərin qəbulu başa çatır.

 

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, müsabiqədə iştirak üçün müraciət sənədləri elektron formada [email protected] poçt ünvanına göndərilməlidir.

 

Qeyd edək ki, müsabiqənin təşkilində məqsəd tələbələr arasında könüllülüyün təbliği, könüllülərin sayının və əhatəliliyinin artırılması, təşkilatlanma və özünüinkişaf tədbirlərinin genişləndirilməsindən ibarətdir. Müsabiqə barədə ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.