Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-26 18:00:00
Prezidentin köməkçisi: "Koronavirusdan ölənlərin 99%-i vaksin vurdurmayanlardır"

“Azərbaycanda koronavirus əleyhinə vaksinasiya başlayandan bu günə qədər koronavirusdan ölənlərin 99%-i vaksin vurdurmayan şəxslərdir”.

 

AzEdu.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

 

"Bu bir daha göstərir ki, doğru seçim peyvəndlənmədir", - deyə o qeyd edib.

 

Ş.Mövsümov həmçinin sentyabra qədər bir sıra müəssisələrdə məcburi peyvəndlənmə olacağını da bildirib.