Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-24 17:25:00
19 yaşlı azərbaycanlı dünyanın nüfuzlu universitetini birinci dərəcəli Fəxri Fərmanla BİTİRDİ

 

19  yaşlı  azərbaycanlı  tələbə Birləşmiş Krallığın  Belfast  şəhərində  yerləşən  dünyanın  nüfuzlu  universitetlərindən  biri  olan  Queen’s  Universitetinin Biologiya və Tibb Elmləri bölməsindən birinci  dərəcəli Fəxri Fərmanla  məzun olub.

 

Mədinə Şərifova, təhsil  almaq  üçün  Birləşmiş Krallığa  yollandığı  zaman  cəmi 16  yaşında  olub.

 

AzEdu.az  xəbər  verir  ki, bu  barədə  Belfastın  Queen’s  universiteti  məlumat  verib.

 

Məluamtda  bildirilir  ki, gənc  yaşda  yeni  bir  ölkəyə  köçmək  bir  qədər  qorxulu  olsa  da, Mədinə  bütün  bu  çətinliklərin  öhdəsindən  gəlib. O, həm  universitet  dərslərində  yüksək  akademik  nəticələr  göstərib, həm  də  dərsdən  kənar  aktivliklərinə  görə  bir  neçə  mükafata  layiq  görülüb.

 

Mədinə, Biotibbi tələbələri arasında ən yüksək bal toplayaraq “Birinci il beynəlxalq tələbə təqaüdünü” qazanıb və bu  imkandan  doğru şəkildə yararlanaraq təhsilini birinci  dərəcəli  Fəxri  Fərmanla  bitirməyə  nail  olub.

 

Mədinə  bu  təqaüdü  qazandığını öyrənəndə çox təəccübləndiyini bildirib:

 

“Universitetdə  dünyanın bir çox ölkələrindən olan tələbələrlə tanış oldum və Belfastın "evdən uzaq evim" olduğunu hiss etdim. Yaxşı yerləşdim və çox çalışdım, amma təhsilimin  ilk ilinin sonunda təqaüd qazandığımı eşidəndə çox təəccübləndim. ”

 

O,təhsili ilə yanaşı başqalarına dəstək olmaq üçün də vaxt tapırdı. Bu yaxınlarda SU Awards-da (Tələbə birliyinin mükafatlandırma mərasimində) "Birlikdə oxu" proqramı adlı  könüllü fəaliyyəti ilə mükafat qazandı. Bu proqram, savadlılıq bacarıqlarını inkişaf etdirmələrinə kömək etmək üçün, 7-10 yaşlarında olan uşaqlarla təlim keçmiş Tələbə Mentorları bir araya gətirir.

 

Mədinə, fəaliyyətləri ilə bu mükafata layiq görülmələrinin onlar üçün  həqiqi bir şərəf olduğunu bildirib:

 

“Bu  proqramda iştirak etməyi çox sevirdim. Xüsusi ilə hər həftə uşaqlarla bir araya gələrək onlara  hekayələr oxumaqdan zövq alırdım. Əsl mükafat bu kiçik uşaqların həyatında bir dəyişiklik edə bilmək idi və bu ilki mükafat  ilə bu fəaliyyətimizə  olan bağlılığımıza görə tanınmağımız həqiqi bir şərəfdir.”

 

Son olaraq Mədinə, məzun olduqdan sonra İngiltərədə  bir laboratoriyada işə  başlayacağına ümüd etdiyini bildirib.