Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-24 10:15:00
Beynəlxalq biologiya olimpiadasından 4 medal  

18-23 iyul 2021-ci il tarixlərində Portuqaliya tərəfindən onlayn şəkildə 32-ci Beynəlxalq Biologiya Olimpiadası ( IBO2021) təşkil edilib. 

 

AzEdu.az xəbər verir ki, 76 ölkədən 296 şagirdin iştirak etdiyi elm yarışında Azərbaycanı təmsil edən 4 məktəblimiz uğurlu nəticə göstərib. Belə ki, Sumqayıt şəhəri 15 nömrəli tam orta məktəbin XI sinif şagirdi Mətin Muradlı qızıl, Bakı şəhəri 102 nömrəli tam orta məktəbin XI sinif şagirdi Ranal Qurbanov qızıl, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Kimya-biologiya təmayüllü liseyin XI sinif şagirdi Sədiyar Qafarov və Bakı şəhəri 2 nömrəli texniki-humanitar liseyin X sinif şagirdi Aytac Vəliyeva bürünc medala layiq görülüb. 


Qalib olan şagirdlər Təhsil Nazirliyi tərəfindən yaradılmış beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin dinləyiciləridir. 

 

Məktəblilərimizi bu uğur münasibətilə təbrik edir və daha böyük nailiyyətlər arzulayırıq.