Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-23 12:03:00
2020-2021-ci tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi 120 minədək şagirdi əhatə edib  

2020-2021-ci tədris ilində Təhsil Nazirliyinin informatika fənninin yeni formatda tədrisi üzrə “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiqi uğurla davam etdirilib.

AzEdu.az xəbər verir ki, bunu 2020-2021-ci tədris ilinin yekunlarına əsasən “Rəqəmsal bacarıqlar” layihəsi üzrə hesabat tədbirində təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

O bildirib ki, ötən tədris ilində layihə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan, Şəki şəhər və rayonları üzrə 222 məktəbi və 120 minədək şagirdi əhatə edib.