Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-22 14:36:00
Ötən il qəbul imtahanlarında Kəlbəcər rayonu üzrə məzunların 30 nəfəri 600-dən yuxarı bal toplayıb

Ötən il Kəlbəcər rayonunun ümumtəhsil müəssisələrini 1292 şagird bitirib və onların 1265 nəfəri buraxılış imtahanında iştirak edib.

 

AzEdu.az Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, ümumilikdə 1268 nəfər attestat alıb. Attestat alanların 75.32 faizi (955 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib, 63.17 faizi (801 nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ərizə verib. Ümumilikdə attestat alanların 83.60 faizi (1060 nəfəri) ali təhsil müəssisələrinə qəbul kampaniyasında iştirak edib.

 

Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 562 məzunu (imtahanlarda iştirak edənlərin 53.02 faizi) tələbə adını qazanıb. Onların 34.70 faizi (195 nəfəri) dövlət, 0.89 faizi (5 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 59.07 faizi (332 nəfəri) dövlət, 5.34 faizi (30 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub. Rayonun məzunlarının 107 nəfəri 500-dən, 30 nəfəri isə 600-dən yuxarı bal toplayıb.

 

Abituriyentlərin çoxu Gəncə Dövlət Universiteti və Bakı Dövlət Universitetinə qəbul olub.