Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-20 11:46:00
MDU rektoru Qurban bayramı münasibəti ilə kollektivi təbrik edib

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov universitet kollektivini9 Qurban bayramı münasibəti ilə təbrik edib.

 

AzEdu.az rektorun təbrikini təqdim edir:

 

"Mingəçevir Dövlət Universitetinin hörmətli professor-müəllim və inzibati texniki heyət üzvləri!

 

Əziz tələbələr, magistrantlar və məzunlar!

 

Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı və xoş əhval-ruhiyyə arzulayıram.

 

Bizi həmrəyliyə, mərhəmətə və xeyirxahlığa dəvət edən Qurban bayramını ərazi bütövlüyümüzün təmin olunması şəraitində keçirmək qürurvericidir.

 

Kəsdiyiniz qurbanların və etdiyiniz duaların qəbul olunmasını diləyir, ailələrinizə bol ruzi-bərəkət və firavanlıq arzulayıram.

 

Qurban bayramınız mübarək olsun!"