Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-20 11:17:00
LDU rektoru Qurban bayramı münasıbəti ilə kollektivi təbrik edib

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov Qurban bayramı münasıbəti ilə kollektivi təbrik edib.

 

AzEdu.az rektorun təbrikini təqdim edir:

 

"Qurban bayramı İslam dünyasının ən müqəddəs bayramlarından biridir.Humanist dəyərlərə, ali insani hisslərə söykənən , müsəlmanlar üçün böyük əhəmiyyət kəsb edən , dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə sizləri- Lənkəran Dövlət Universitetinin bütün əməkdaşlarını və tələbələri ürəkdən təbrik edir, hamınıza ən səmimi , xoş arzularımı çatdırıram.

 

Bu ilki Qurban bayramını xalqımız 30 illik həsrətdən sonra ilk dəfə olaraq azad olunmuş torpaqlarda- Qarabağda, Şuşada, Laçında, Kəlbəcərdə, Zəngilanda qeyd edəcək. Xalqımıza Zəfər sevinci yaşadan, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhid oğullarımızın ruhunu müqəddəs bayram günlərində bir daha ehtiramla yad edir, qazilərimizə can sağlığı diləyirəm. Böyük qürur hissi ilə bildirirəm ki, 44 günlük Zəfər savaşında bizim universitetin-LDU-nun məzunlarının, tələbələrinin, əməkdaşlarının da payı var. Bu gün sıralarımızda olan bütün vətənpərvər oğullarımızı Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm.

 

Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin. Kəsdiyiniz qurbanlar qəbul, etdiyiniz dualar çin olsun.

 

Qurban bayramınız mübarək olsun!

 

Natiq İbrahimov

 

Lənkəran Dövlət Universitetinin rektoru"