Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-20 10:58:00
“Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi üzrə keçirilən sorğuların nəticələrinə həsr olunan görüş keçirilib-FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu ERASMUS+ proqramı çərçivəsində maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi üzrə 1-ci komponentin fəaliyyətinin nəticələrinə dair onlayn görüş keçirilib. 

 

AzEdu.az xəbər verir ki, layihə üzrə 1-ci komponentin rəhbəri, Mykolas Romeris Universitetinin nümayəndəsi Inga Juknytė Petreikienė müxtəlif kateqoriyalara aid hədəf qrupları üzrə keçirilən sorğuların hazırkı nəticələrinin qarşıya qoyulan sayı ilə müqayisədə çatışmazlıqları barədə məlumat verib.

 

Müzakirələrdən sonra toplanılması nəzərdə tutulan məlumatların keyfiyyətinin artırılması üçün bəzi kateqoriyadan olan sorğuların yenidən keçirilməsi qərara alınıb. Həmçinin nəzərdə tutulan sorğu sayına nail olmaq üçün sorğuların keçirilmə vaxtının iyul ayının sonuna kimi uzadılması tövsiyyə edilib.

 

Daha sonra sorğuların nəticələri üzrə kəmiyyət və keyfiyyət təhlillərinin, eyni zamanda açıq sualların ingilis dilinə tərcümələrinin həyata keçirilməsi layihənin tərəfdaşları arasında bölüşdürülüb.

 

Bundan başqa, sentyabr ayında başlanılması nəzərdə tutulan fokus qrupları üzrə müsahibələrin keçirilməsinə hazırlıq üçün müzakirələr aparılıb və müvafiq tədbirlər planı müəyyən edilib. 

 

Görüşdə Avropa tərəfdaşları arasında rektorlar konfransının fəaliyyəti ilə bağlı mövcud təcrübənin öyrənilməsi üzrə aparılan sorğular və hüquqi təhlillərin icrası istiqamətində işlərin gedişatı barədə də məlumat verilib.

 

Bu sahədə aparılan sorğuların vaxtının da iyul ayının sonuna kimi uzadılması qərara alınıb.